11 C
Baku
Wednesday, May 22, 2024

LVMH şirkəti “Marc Jacobs”u satmağı nəzərdən keçirir

Fransanın LVMH şirkəti “Marc Jacobs” brendindəki 80% payını satmağı düşünür. “Bloomberg”in məlumatına görə, LVMH modelyer Mark Ceykobsun pərəstişkarlarından təklif alıb. Moda evi hələlik yekun qərarını verməyib.

Hesabatda deyilir ki, LVMH özəl kapital şirkətlərini cəlb etməyi planlaşdırır. “Marc Jacobs”un payının satılması məsələsində moda evi artıq məsləhətçilərlə işləməyə başlayıb.

Agentliyin sorğusuna cavab olaraq, LVMH sözçüsü bildirib ki, “şirkət brendin satılması ehtimalını qəti şəkildə rədd edir”. Şirkət nümayəndəsi əlavə şərh verməkdən imtina edib.

Agentlik qeyd edir ki, LVMH nadir hallarda portfelindən brend satır. Moda evi 2016-cı ildə “Donna Karan” və DKNY-ni 650 milyon dollara satıb. “Bloomberg” hesab edir ki, “Marc Jacobs”un satışı şirkətə diqqətini “daha yüksək səviyyəli” təkliflərə yönəltməyə və “əlçatan lüks brenddən” əl çəkməyə imkan verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər