Məbləğin ciddi surətdə azalması gözlənilir: Məcəllədə dəyişiklik olacaq

0

Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklərin edilməsinə dair bir sıra təkliflər hazırlayıb. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“Biz Vergi Məcəlləsinə dəyişikliklərin edilməsinə dair bir sıra təkliflər hazırlamışıq. Belə təkliflərə, adətən, növbəti ilin dövlət büdcəsi paketinin müzakirəsi zamanı baxılır”, – deyə o, bu gün jurnalistlərə bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nazir müavini qeyd edib ki, ölkədə yürüdülən mövcud iqtisadi siyasət vergi yükünün azaldılmasını şərtləndirir.

“Biz xüsusilə torpaq mülkiyyətçilərindən tutulan məcburi sosial sığorta haqqının dərəcəsinin azaldılmasını təklif edirik. Hazırda torpaq mülkiyyətçilərindən minimum əmək haqqının 6%-i civarında məcburi sosial sığorta haqqı tutulur (minimum əməkhaqqı məbləğinin artırılaraq 250 manata çatdırılmasından sonra 2019-cu il sentyabrın 1-dən 15 manat – İF). Biz bu məbləğin ciddi surətdə azaldılmasını təklif edirik”, – deyə S.Ələkbərov vurğulayıb.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı digər təkliflər də hazırlanıb.

İnterfax