3 C
Baku
Cümə, Dekabr 3, 2021

Məcəlləyə yeni cərimə növü əlavə edilir

İnzibati Xətalar Məcəlləsinə yeni cərimə növünün əlavə edilməsi təklif edilir.

Məcəlləyə təklif edilən 539.1-1-ci maddədə qeyd edilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən əməl edilməməsinə görə vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə ediləcək.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Son xəbərlər
Oxşar xəbərlər
X