28 C
Baku
Saturday, July 27, 2024

Məcburi auditdən yayınmağa görə “Halal Dad”a cərimə protokolu yazıldı

“Halal Dad” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Protokol təsdiq olunarsa, “Halal Dad” MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər