11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sayı artırılacaq

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi cari ildə 15,5 mln. manat vəsaitin xərc edilməsi gözlənildiyi, növbəti ildə bu istiqamət üzrə xərc ediləcək vəsaitin 19,5 mln. manat olacağı proqnozlaşdırılır.

Bu Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.Rəydə bildirilib ki, Qanun layihəsində isə büdcə təşkilatları üzrə Fonda daxilolmalar isə növbəti il üçün 21,7 mln. manat məbləğində nəzərdə tutulub. Beləliklə, dövlət büdcəsinin müvafiq xərc maddəsində proqnozlaşdırılmış 19,5 mln. manat məbləğində vəsaitlə müqayisədə 2,2 mln. manat fərq məbləği nəzərdə tutulub. İzahatda qeyd edilənlə bağlı əlavə məlumat əks etdirilməsə də, Hesablama Palatası bu fərqin dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatının digər bölmələrindən bəzi qurumlara ayrılan vəsaitlər hesabına həyata keçirilən fəaliyyətlər zamanı əməyin ödənilməsinə də vəsaitin ayrılması ilə əlaqəli olduğu qənaətindədir.

Qeyd olunub ki, “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanunda büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirləri 1 345,5 mln. manat məbləğində təsdiq edilib. Həmin təşkilatlarda işləyənlərin əmək haqqı fondunun 2022-ci ildə cari illə müqayisədə 1 187,3 mln. manat və 22,5% artırılaraq 6476,9 mln. manata çatdırılması nəticəsində sığorta gəlirləri 1 677,4 mln. manat və ya cari ilə nisbətən 331,9 mln. manat və ya 24,7% çox olması proqnozlaşdırılır.

Qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əhatə dairəsi işsizlikdən sığorta haqqının ödənilməsinə cəlb olunan şəxslərdən daha geniş olması fonunda Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 24,7%, Fondun gəlirlərinin isə 29,2% artımla proqnozlaşdırılıb.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X