23 C
Baku
Thursday, October 10, 2024

Məcburi nağdsız ödənişlərin tətbiqi avtomobil “salonlarının” dövriyyəsini ₼1 mlrd.-a çatdırıb

Hökumət tərəfindən 2022-ci ildən etibarən Azərbaycanda avtomobil alqı-satqısı üzrə ödənişlərin yalnız nağdsız qaydada edilməsinin tətbiqi  ardından avtomobil “salonları”nın pərakəndə satışı 2023-cü ildə də yüksəlişlə davam edir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il avtomobillərin satışından bu biznes 911.36 mln. manat üzərində gəlir əldə ediblər.

Bu da 2022-ci illə müqayisədə 8 dəfəyə yaxın artım dinamikasıdır. 2022-ci ilin 4 rübü ərzində bu satışların həcmi cəmi 118.76 mln. manat təşkil etmişdi. 2022-ci il özü də ötən il 40% artım göstərmişdi.

Bunun 895.17 mln. manatı minik avtomobilləri üzrədir.

Bu artıma əsas səbəblərindən biri kimi minik avtomobillərinin ixtisaslaşdırılmış mağazalarda avtomobil alarkən yalnız nağdsız qaydada ödəniş metodunun tətbiqidir. Bu qaydada ödəniş avtomobil satan şirkətləri uçotdan yayındırmasına maneə yaradır.

Digər tərəfdən isə 2023-cü ildə ölkədə pərakəndə satışda aktivlik 2022-ci ildən daha yüksəkdir. Məsələn, 2022-ci ildə ölkəyə 68 684 minik avtomobili idxal edildiyi halda, 2023-cü ildə bu rəqəm artaraq 88 151-ə yüksəlib. Müvafiq olaraq idxal dəyəri 844.72 mln. ABŞ dollarından 1 mlrd. 515.3 mln. dollara yüksəlib.

Milli valyuta ilə idxalın ümumi həcmi 2 mlrd. 576.03 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər