10 C
Baku
Sunday, November 10, 2024

Mədən vergisinin tam məbləğinə azadolma hansı halda tətbiq edilir?

Dekabr ayında müəssisənin mişar daşı hasilatı ilə bağlı mədən vergisi 500 manat, il ərzində 5.000 manat, hasilat aparılan ərazinin torpaq vergisi isə 12.000 manat olub. Dekabr ayında mədən vergisi üzrə nə qədər güzəşt tanınmalıdır? Bəyannaməyə əvvəlki aylarda ödənmiş məbləğ artıq ödənmə kimi tanınmalı, yoxsa sadəcə sonuncu aya güzəşt tətbiq edilməlidir?

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.
Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləği təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğindən çox olduğu üçün mədən vergisinin tam məbləğinə azadolma tətbiq edilir və torpaq vergisinin mədən vergisindən artıq olan hissəsi artıq ödəmə kimi tanınmır.

Son xəbərlər
Digər xəbərlər