28 C
Baku
Saturday, July 27, 2024

Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq səməd imzalanıb.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Son xəbərlər
Digər xəbərlər