20 C
Baku
Thursday, May 30, 2024

Məhəmməd Əlidən 8 dərs

1.”Mən məşqlərin hər dəqiqəsinə nifrət edirdim, amma hər dəfə özümə deyirdim: Təslim olma, indi bir az daha çox döz və qalan bütün həyatını çempion kimi yaşa”.

Bu həyatda heç nə asan başa gəlmir. Öz məqsədlərinə nail olmaq üçün mütləq müəyyən qurbanlar vermək lazım gəlir –öz gücünü, vaxtını sərf etmək, özünə nədəsə məhdudiyyət qoymaq. Bəzən elə anlar olur ki, hər şeyi atıb, arzundan imtina etmək istəyirsən. Belə anlarda həmişə xatırlayın ki, əgər qabağa getsəniz nə qədər çox şey əldə edəcəksiniz və əgər təslim olsanız nə qədər çox şey itirəcəksiniz. Bir qayda olaraq, uğurun dəyəri, uğursuzluqdan qat-qat daha çoxdur.

2. “Əgər insanın 50 yaşında qazandığı xatirələr, 20 yaşından heç nə ilə fərqlənmirsə, demək o, ömrünün 30 ilini əbəs yerə yaşayıb”.

Əgər siz çoxdan görmədiyiniz hər hansı bir köhnə tanışınıza rast gəlsəniz və o, sizə çox dəyişildiyinizi söyləsə buna görə ona minnətdarlıq edin. Bu ən yaxşı tərifdir. Hər gün siz yeni biliklər, yeni təcrübə əldə edir, öz səhvlərinizdən dərs alır, inkişaf edir və özünü təkmilləşdirirsiniz, ona görə də siz əvvəlki tək qala bilməzsiniz. Əsas odur ki, özünə xəyanət etmədən özünü dəyişəsən.

3. “Döyüşdə qələbə və məğlubiyyət hər bir şahiddən uzaqda –rinq sərhədləri xaricində, idman zalında, səni heç kəsin görmədiyi yerdə, gizlində məşq etdiyin və döyüşdüyün anda qazanılır”.

Arzu heç də bir göz qırpımında yerinə yetmir. Sizin hər bir əməliniz, sizin hər bir vərdişiniz və sizin hər bir hərəkətiniz sizin həmin arzuya nə qədər tez nail olacağınızı və ümumiyyətlə nail olub-ola bilməyəcəyinizi müəyyən edir.

4. “İnsanı çempiona çevirən heç də məşq zalları deyil. İnsanı çempion edən daxili bir qüvvə, onun istəyi, arzusu və hədəfləridir”.

Sizin uğura nail olmaq istəyiniz nə dərəcədə böyükdür? Siz hər gecə bu arzu ilə yuxuya gedir və səhər onunla gözünüzü açırsınız? Öz arzunuza nail olmaq üçün siz hər dəqiqə, hər saniyə ondan ötrü çalışmalı və uğura nail olacağınıza bircə anlıq da olsa şübhə etməməlisiniz.

5. “Təxəyyülü olmayan insan qanadsızdır”.

Öz qanadlarından istifadə etməyən quşcuğaz uzağa uça bilməz. Bizim qanadlarımız-bizim təxəyyül, uydurmaq qabiliyyətimizdir və bundan istifadə etməyən insanlar həmişə durduqları yerdə sayırlar. Arzu edin və fantaziya qurun, yalnız bu halda siz sərhədsiz imkanlar dünyasında sərbəst şəkildə istədiyiniz kimi süzə bilərsiniz.

6. “Hədəflər –məni yolumda saxlayan qüvvədir”.

Siz hədəfə doğru irəliləyərkən, onun dəqiq necə göründüyü haqda özünüzdə aydın təsəvvür yaratmalısınız. Ona çatanda nə olacaq? Daima beyninizdə can atdığınız amalı vizual olaraq canlandırın. Sizi qarşıda gözləyən mükafatı  görmək, onu dərk etmək, ən çatın anlarınızda belə sizi motivasiya edəcək.

7. “Kəpənək kimi uçsan da, arı kimi sanc. Heç kəs Məhəmməd Əliyə qalib gələ bilməz!” (Məhəmməd Əliyə görə o, rinqdə kəpənək kimi uçur və arı kimi sancırdı).

Siz öz qələbənizə əminsiniz? Əgər cavab “yox”-dursa, onda heç döyüşə girməyə dəyməz. Yalnız öz gücünə və özünə inanan insanlar qalib gəlir. Hər gün özünüzə təkrar-təkrar deyin: siz planlaşdırdığınıza nail olacaqsınız.

8. “Mümkün deyil” – sözü  sadəcə möhkəmdən deyilmiş bir kəlmədir, onun arxasında gizlənənlər isə balaca insanlardır.

Adət etdiyimiz həyatda yaşamaq onlara daha asandır, nəinki nəyisə dəyişməyə özündə güc tapmaq.  “Mümkün deyil” –bir fakt deyil. Bu sadəcə fikirdir. “Mümkün deyil”- çıxarılmış hökm deyil. “Mümkün deyil” –həyata meydan oxumaqdır. Bu, özünün göstərmək imkanıdır. “Mümkün deyil -əbədi və həmişəlik deyil. Mümkün olmayanı da mümkün etmək mümkündür”.

İnsanlar öz imkanlarını lazımınca qiymətləndirməyərək, özləri-özünü çərçivəyə salırlar. Risk etməkdən və öz rahatlıq zonanızdan kənara çıxmaqdan qorxmayın. Onda siz imkanlarınızın qeyri məhdud olduğunun şahidi olacaqsınız.

Son xəbərlər
 ⁠
Digər xəbərlər