10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Məhkəmə Fransanın keçmiş prezidenti barədə qərarı martın 1-də elan edəcək

Paris Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozi ilə bağlı proses üzrə qərarını 2021-ci ilin 1 martında elan edəcək.

Bu barədə “France-Presse” agentliyi bildirib.

Noyabrın 23-də başlanmış dinləmələr sabiq prezidentin müdafiəçisinin, həmçinin eks prezidentin vəkili, adı bu işdə hallanan Tyerri Erzoqun və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin müdafiəçilərinin çıxışı ilə yekunlaşıb. Sarkozi məhkəmə zalında bildirib ki, ölkəsinin məhkəməsinin obyektivliyinə inanır.

Milli Maliyyə Prokurorluğu 9 dekabrda telefon danışıqlarına qulaq asılması adlandırılan iş üzrə Sarkozinin azadlıqdan 4 il (onlardan 2-si şərtidir-red) müddətinə məhrum olunmasını tələb edib.

Prokurorluq Erzoq və Aziberə də analoji cəza tələb edir.

İstintaqın versiyasına görə Sarkozi vəkili vasitəsilə “L’Oreal” evi tərəfindən seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaqın gedişi barədə məxfi məlumatların əldə edilməsi müqabilində Aziberə Monakoda vəzifəyə təyin etməkdə kömək edəcəyinə söz verib.

İstintaqda Sarkozinin bu mövzuda ələ keçirilən bir neçə min telefon danışığı qeydləri var.

2007-ci ildən 2012-ci ilə qədər Fransa prezidenti vəzifəsini icra etmiş Sarkozi korrupsiyada və nüfuz alverində ittiham edilir. Onu bu maddələr üzrə 10 il həbsxana cəzası və bir milyon avroya qədər cərimə gözləyir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər