28 C
Baku
Saturday, July 13, 2024

Məhkəmə kuryerə göndərilən “Tələs, kölə” mesajına görə istehlakçını cərimələyib

Fransada məhkəmə onlayn yemək sifarişi şirkətinin kuryerinə “Tələs, kölə” mesajı göndərən istehlakçını cərimələyib.

Banker.az France Bleu Mayenne informasiya agentliyinə istinadən xəbər verir ki, 2021-ci ildə ölkənin Laval şəhərində məşhur bir onlayn yemək sifarişi şirkətində kuryer işləyən Qvineya əsilli Yaya Guirassy, ​​sifarişini aparacağı istehlakçı tərəfindən göndərilən “Tələs, kölə” mesajı ilə qarşılaşıb. Mesajdan sonra sifarişi aparmaqdan imtina edən Guirassy, ​​”mənşəyə əsaslanan təhqir” iddiası ilə məhkəməyə müraciət edib.

Bildirilir ki, “İrqçi təhqir” səbəbi ilə mühakimə olunan istehlakçı mayın 23-də keçirilən məhkəməyə gəlməyib. Məhkəmə istehlakçıya 1000 avro cərimə kəsib.

Son xəbərlər
Digər xəbərlər