30 C
Baku
Wednesday, August 10, 2022

Məhkəmə lisenziyası ləğv edilən bankın apellyasiya şikayətinə baxıb

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilən “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Expressbank” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Reportun məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Bank of Azerbaijan” ASC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Expressbank” ASC lisenziyası ləğv edilən “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Expressbank” ASC borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC apellyasiya şikayəti verib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib.

Son xəbərlər
Oxşar xəbərlər