5 C
Baku
Friday, February 23, 2024

Məhkəmə “Muğanbank”ın sabiq xəzinədarının apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin xəzinədarı olmuş Azad Əliyevin və zərərçəkmişlərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Əliyevin və zərərçəkmişlərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A.Əliyev külli miqdarda dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsinə əsasən ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyev 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər – Eldar İsmixanov və Vüqar Eyvazov ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər.

Son xəbərlər
Digər xəbərlər