12 C
Baku
Sunday, October 27, 2024

Məhkəmə orqanları ilə iş şöbəsinə İmişli filialı üzrə Hüquqşünas – DəmirBank ASC

DəmirBank ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə İmişli filialı üzrə hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

• Bankın mənafeyini dövlət orqanları idarələrində qorumaq və müdafiə etmək;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı təmsil etmək;
• Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
• Kreditlərin qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqətlilik, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlara sahib olmalı;
• Sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 20 may 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İmişli filialı üzrə məhkəmə oqranları ilə iş şöbəsinə – hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər