34 C
Baku
Wednesday, August 17, 2022

Məhkəmə orqanları ilə iş şöbəsinə Mütəxəssis – DəmirBank ASC

DəmirBank ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə Mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Filiallardan daxil olan sənədlərin yoxlanılmasını həyata keçirmək və müvafiq maliyyə arayışlarını hazırlamaq;
• Məhkəmə işlərinə dəstək olaraq müştəri hesabları üzrə məlumatları hazırlayıb, təqdim etmək;
• Müştəri dosyesinin hüquq şöbəsinə verilməzdən öncə müştəri hesabının və məlumatların yoxlamaq;
• Müştəri qalığı ilə bağlı hesabatı hazırlayıb təqdim etmək;
• Müştərinin ödəniş statusu ilə bağlı hesabatları tərtib etmək;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiya etmək və sənəd dövriyyəsinin aparmaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi təhsil üstünlükdür);
• Kredit təşkilatlarında ən azı 1 il iş təcrübəsi olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 24 aprel 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhkəmə oqranları ilə iş şöbəsinə – mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər