4 C
Baku
Tuesday, March 5, 2024

Məhkəmə sabiq icra başçısının müavini ilə bağlı qərar verib

Gəncə Apellyasiya Məhkəməsində Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib. Ali Məhkəmənin qərarına əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

MənbəPravda.az
Son xəbərlər
Digər xəbərlər