20 C
Baku
Bazar ertəsi, May 23, 2022

Məhkəmə saxta COVID-19 arayışı verən şirkət direktoru ilə bağlı qərarı elan edib

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti üzə qərarı elan edilib.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət və protest təmin olunmayıb.

Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, “ƏSR TRAVEL” MMC-nin direktoru Ə.Bayramov Gəncə-Sankt-Peterburq aviareysi ilə səfər edəcək 101 sərnişinə qanunsuz COVID-19 sertifikatı verməkdə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsinin höküm ilə Ə.Bayramovun qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 3 ay 25 günlük müddət ona təyin olunan cəza müddətini əhatə etdiyindən, onun islah işləri cəzasını faktiki çəkmiş hesab edilib. Hökmdən narazı qalan Ə.Bayramov apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Son xəbərlər
Oxşar xəbərlər