4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Məhkəmə vətənə xəyanət işi üzrə Poroşenkonun əmlakına həbs qoyub

Kiyevin Peçersk rayon məhkəməsi dövlətə xəyanətdə ittiham olunan Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun əmlakına və aktivlərinə həbs qoyub. Bu barədə siyasətçinin vəkili İqor Qolovan məlumat verib. Poroşenkonun özü xaricdədir, lakin o, yanvarın 17-də keçiriləcək məhkəmə iclasında iştirak edəcəyinə söz verib. Bundan əvvəl eks-dövlət başçısı ona qarşı 130 cinayət işi qaldırıldığını, 40-na sonradan xitam verildiyini bildirmişdi.

Dekabrın 20-də Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunub. Onun Kiyevin nəzarətində olmayan Donbass ərazisindən kömür tədarükü ilə məşğul olduğu bildirilib. 2014-2015-ci illərdə hərbi əməliyyatlar zamanı, istintaqa görə, o, Donbassdan təxminən 1,5 milyard qrivna (92.8 mln. manat) məbləğində kömür tədarük etdiyi iddia edilir.

Son xəbərlər
Oxşar xəbərlər