Məhsuldar insanların 11 qaydası: Onlar sizdən nə ilə fərqlənirlər

0

Məhsuldarlığa gələndə hamımız eyni problemlə üzləşirik – gündə cəmi 24 saat var. Lakin bəzi insanların iki qat çox vaxtı olduğunu zənn edirik. Onlar bütün işlərin öhdəsindən gələ bilirlər, eyni anda bir neçə layihə ilə işləyərkən, asanlıqla nəticə əldə edirlər.

Məhsuldar bir gündən sonra ofisdən çıxarkən bu heyrətləndirici hissi xatırlayırsınız? İşə düzgün yanaşsanız, bu hər gün ola bilər. Bunun üçün daha çox işləmək lazım deyil, sadəcə işinizə daha düşünülmüş şəkildə yanaşmalısınız. Forbes jurnalının müəlliflərindən biri olan Travis Bradberry, ultra-məhsuldar insanların istifadə etdiyi bu 11 qaydanı sınamağı məsləhət görür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

  1.Onlar heç vaxt eyni işlərə qayıtmırlar

Məhsuldar insanlar işlərini təxirə salmırlar, çünki bir işə iki dəfə qayıtmaq vaxt itkisidir. Məktubları və ya zəngləri sonraya saxlamayın. Bir şey diqqətinizi çəkdisə, onu işlər siyahısından çıxarın.

  2.Onlar ofisdən çıxmamış növbəti iş gününün planını qururlar

Məhsuldar insanlar gününü növbəti günün planlaşdırılması ilə bitirirlər. Bu təcrübə sizə iki şeydə kömək edir: bu gün əldə etdiyiniz nəticəni möhkəmləndirir və sabahın daha məhsuldar bir gün olacağını təmin edir. Əslində, bu, cəmi bir neçə dəqiqənizi alacaqdır.

  3.Onlar “qurbağaları” yeyirlər

“Qurbağaları yemək” – tənbəlliyə qalib gəlməyin yollarından biridir. Ultra-məhsuldar insanlar hər gününü bu ləzzətli yemək ilə başlayırlar. Başqa sözlə desək, ilk növbədə xoşagəlməz işləri yerinə yetirirlər.

 4.Xırda işlərə qaçmırlar

Bəzən bir sıra xırda və “təcili” işlər bizə mane olurlar. Əgər bütün diqqətinizi onlara yönəltsəniz, həftəsonu başa düşəcəksiniz ki, vacib heç nə edə bilməmisiniz. Məhsuldar insanlar daha böyük nəticələrə nail olmalarına mane olan işləri müəyyən etməyi və onlara əhəmiyyət verməməyi bacarırlar.

“Zaman – ən çox arzuladığımız, lakin ən pis istifadə edə biləcəyimiz bir şeydir”

– William Penn

 5.İclaslarda cədvələ əməl edirlər

Əslində, iclaslar vaxt itkisidir. Məhsuldar insanlar bəzi hallarda iclasların sürüklənə biləcəyini bilirlər, buna görə də əvvəlcədən qurduğunuz cədvələ/qrafikə əməl etməyi tövsiyə edirlər. Bu, hər kəsi daha diqqətli və məhsuldar olmağa sövq edən sərhədlər yaradır.

“Pis xəbər: vaxt uçur. Yaxşı xəbər: siz sükan arxasındasınız”

  • Michael Altshul

  6.Onlar “yox” deyirlər

“Yox” – məhsuldar insanların tez-tez istifadə etdiyi güclü sözlərdən biridir. Əgər “yox” demək lazımdırsa, onlar çəkinmirlər. Onlar “bilmirəm bacaracağam, yoxsa yox” və ya “əmin deyiləm” kimi ifadələrdən qaçın. Kaliforniya Universitetinin apardığı araşdırma göstərir ki, insanlar “yox” deyə bilmədikləri üçün güclü stress keçirirlər. “Yox” deməyi öyrənin və məhsuldarlığınız daha da artacaq.

 7.Onlar poçtu yalnız müəyyən etdikləri vaxtda yoxlayırlar

Ultra-məhsuldar insanlar dəqiqə başı poçtu yoxlamırlar, onlar bunu əvvəlcədən qurulmuş qrafik üzrə edirlər. Yaxşı olar ki, ilk növbədə ən dəyərli müştərilərə, tədarükçülərə cavab verəsiniz. Bəzi insanlar

 8.Onlar çoxvəzifəli deyillər

Ultra-məhsuldar insanlar bilirlər ki, çoxvəzifəlilik məhsuldarlığın qatilidir. Stenford Universitetindəki araşdırma bir daha təsdiqləyir ki, eyni anda bir neçə işi yerinə yetirmək, daha məhsuldar olmaq demək deyil. Tədqiqatçıların fikrincə, belə olan halda insan diqqətini bir yerdə toplaya bilmir və bu da öz növbəsində məhsuldarlığa mənfi təsir göstərir.

Bəlkə, çoxvəzifəlilik istedadına malik olan insnalar var? Stenford Universitetinin tədqiqatçıları müəyyən edə biliblər ki, çoxvəzifəlilik istedadına malik olduğunu zənn edən insanla, əslində bunun öhdəsindən gələ bilmirlər. Bütün diqqətini yalnız bir vəzifə üzərində cəmləşdirən insanlar qrupunun nəticələri daha yaxşı oldu.

Çoxvəzifəlilik məhsuldarlığı aşağı salır, çünki bizim beynimiz eyni anda bir neçə fikir yadda saxlaya bilmir. Əgər bir neçə işi eyni anda etmək istəsəniz, effektiv ola bilməyəcksiniz.

9.Onlar “yox olmağı” bacarırlar

Əgər buna ehtiyac olarsa, “yoxa çıxmaq” dan çəkinməyin. Sizə kömək edəcək etibarlı insan təyin edin və qoy o sizin üçün filtr rolunu oynasın. Bu, ən vacib layihələri başa çatdırmaq üçün etibarlı bir yoldur.

“Bir insan bir həftəyə illik nəticə, digəri isə bir ilə heç həftəlik nəticəni belə əldə edə bilmir”

  • Richards Charles

10.İş yükünün bir hissəsini digər insanlara ötürürlər

Ultra-məhsuldar insanlar başa düşürlər ki, dünyada onlardan başqa bir çox istedadlı və ağıllı insan var. Onlar başqalarına etibar edirlər və buna görə də diqqətini daha vacib olan məsələlər üzərində cəmləşdirməyi bacarırlar.

11.Yeni texnologiyaların imkanlarından faydalanırlar

Bir çoxlarınız müasir texnologiyaları tənqid edirsiniz, çünki onlar bizim diqqətimizi yayındırırlar. Ultra-məhsuldar insanlar texnologiyalardan düzgün şəkildə istifadə etməyi və bundan faydalanmağı bacarırlar. Məsələn, poçtda prioritetləri sazlamaq üçün IFTTT tətbiqindən istifadə edə bilərsiniz.