Məhsuldar iş üçün Elon Muskın 6 vərdişi

0

Inc. nəşri Tesla və SpaceX şirkətlərinin icraçı direktoru Elan Muskın 6 vərdişi haqqında məlumat dərc edib. Banker.az saytı məlumatın qısa xülasəsini təqdim edir:

Poçt ilə yazışma:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Musk mətn formasında ünsiyyət qurmağa üstünlük verir, əsasən də elektron poçt vasitəsilə. O telefon danışıqlarından qaçmağa çalışır ki, bu da sahibkara öz qrafikinə riayət etməsinə yardım edir. “Poçt ilə ünsiyyətdə çox yaxşıyam. Bu mənim açar mövqeli üstünlüyümdür” – deyə Musk zarafat edir.

Bütün diqqətini işə yönəltmək:

Musk öz şikrətinin sərhədləri xaricində özünü digər insanlardan uzaqda tutmağa çalışır. O naməlum poçt ünvanından istifadə edir və bu ona çox saylı lazımsız məktublar içərisində ideya ilə zəngin məktubu gözdən qaçırmamağa kömək edir.

Çoxtapşırıqlılıq:

Musk işgüzar görüşlərdə əyləşərkən telefon vasitəsilə biznesini idarə edir və fakturaları yoxlayarkən elektron poçt ilə yazışmalar aparır. Hətta o uşaqlar ilə vaxt keçirərlən şirkətlərini idarə etməyə nail olur: “Mən anladım ki, eyni anda həm uşaqlarla vaxt keçirmək, həm də email ilə yazışmaq mümkündür. Əgər mən bunu bacarmasaydım, bütün tapşırıqlarımı zamanında yerinə yetirməzdim”.

Dəqiq təşkil edilmiş qrafik:

Musk kifayət qədər özünəməxsus gün bölgüsünə sahibdir və o daim bu qrafiki təkmilləşdirməyə çalışır. “Hesab edirəm ki, ən yaxşı məsləhət həmişə özündən bunu soruşmaqdır: Tapşırıqları necə daha yaxşı yerinə yetirə bilərəm”” – deyə sahibkar bildirib.

Xüsusi təlim prinsipi:

Musk “əsas prinsiplər” metodu ilə yeni şeylər öyrənir. O daim elmi nəzəriyyə və yaxud qaydaları yadda saxlamağa deyil, anlamağa çalışır. Bunun sayəsində sahibkar yeni biliklər əldə etmək prosesinə daha az zaman sərf edir.

Sağlam yuxu:

Muskın inanılmaz həyat tərzi var, lakin o daha yüksək məhsuldarlıq üçün müntəzəm olaraq təqribən 6 saat yatır. Həmçinin o gün ərzində iki fincan qəhvə və bir neçə dietik Coca-Cola içir.