16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Məhsuldar olmaq üçün motivasiyaya ehtiyac varmı?

Screen Shot 2021 09 02 at 14.34.20

Məndə motivasiya azdır. İnanılmaz iradə gücü və özünüidarəetmə qabiliyyətim də yoxdur. Mən kitab oxumaq, meditasiya etmək və ya marafon qaçmaq üçün səhər saat 6-da durmuram. Çünki motivasiyaya inanmıram. 

Bunun yerinə özümdə məhsuldarlıq formulundan fərdi impulsları çıxaran sistemlər və vərdişlər inkişaf etdirirəm. Beləliklə, motivasiya olmadan da səmərəli işləyə bilərəm. Düzdür, sistemlər və vərdişlər çox da cəlbedici mövzu deyil, lakin əla nəticə verir. 

Onlar mənə son 12 ildə biznes dünyasında kömək edirlər – JotForm ideya formasına mövcud olanda və komandamdakı insanların sayı 110, istifadəçi sayı isə 3,7 milyon nəfəri keçən dövrdə. 

Hər şey vərdişlər sayəsində baş tutdu. Əgər etibarlı sistemlər qursanız və onları davamlı olaraq inkişaf etdirsəniz (iradə gücünə güvənib boş oturmaqdansa), motivasiya barədə düşünməli belə olmayacaqsınız. 

Motivasiya nədir?

Sadə sözlə desək, motivasiya – nəsə etmək həvəsinin olmasıdır. Bu duyğu özünü müxtəlif səviyyələrdə göstərə bilər. 

Bir şeyi çox istədikdə, motivasiya heç bir çətinlik olmadan yaranır. Lakin istək olmadıqda, istənilən bir iş yerinə yetirməli olduğunuz tapşırıqdan daha cəlbedici görünməyə başlayır- siz prokrastinasiyanın təsiri altına düşürsünüz. Stiven Pressfild “Yaradıcılıq uğrunda müharibə” kitabında daxili maneələri dəf edərək, “yaradıcılığa necə başlamaq olar” haqqında yazıb. “Müəyyən anda heç nə etmədiyiniz üçün çəkdiyiniz əzablar, heç nə etməmək istəyindən daha güclü olur”. Mənim bu ifadədən çox xoşum gəlir, çünki hər birimiz bunu yaşayıb. 

Motivasiyanın iki növü var

“Drayv: bizi əslinə nə motivasiya edir” kitabında yazıçı Daniel Pinq motivasiyanın əsas iki növünü ayırır – xarici və daxili. 

Xarici motivasiya – pul, tərif və ya başqalarının gözündə pis görünməmək istəyi. 

Daxili motivasiya – yeganə mükafat məşğuliyyətin özü olduğu halda hərəkət etmək istəyi. 

Daxil motivasiya nəcib səbəblərdən çıxış etdiyinizi nəzərdə tutur. Məsələn, şöhrət və var-dövlət üçün deyil, insanlara kömək etmək üçün biznes qurmaq istəyirsiniz. Lakin bu halda da təkcə motivasiyaya güvənmək olmaz, bəzən o sizə mane ola bilər. Biznesinizi çox sevsəniz belə, heç bir şey etmək istəmədiyiniz anlar olacaq. Məhz həmin vaxtda köməyimizə belə sistemlər gəlir. 

Prioritet istiqamətləri seçin və konsentrasiyanızı pozmayın

Sizə elə gələ bilər ki, prioritet və motivasiya bir-birindən tamamilə fərqli olan şeylərdir, lakin əslində onlar sıx əlaqəlidirlər. 

Məsələn, mənim işdə üç əsas fəaliyyət istiqamətim var:

– yaxşı işçiləri işə götürmək;

– keyfiyyətli kontent yaratmaq;

– istifadəçilərə məhsuldar iş üçün imkanlar vermək;

Bu prioritetlər mənim bütün iş fəaliyyətimizi müəyyən edirlər. Əgər layihə və ya əlimə düşən fürsət bu üç kateqoriyanın heç birinə sığmırsa, mən rədd cavabı verirəm.  

İş günlərində vaxtımın iki saatını fikirlərimi yazmağa sərf edirəm. Onlar həll etmək istədiyim problemlə əlaqəli ola və ya yeni ideyanın mahiyyətini əks etdirə bilər. Yox, əgər heç nəyə həvəsim yoxdursa, başqa bir şeylə məşğul olmağa başlayıram. Məsələn, komandamla görüşürəm və ya maraqlı mühazirəyə qulaq asıram. 

Bir müddət keçəndən sonra ağlıma yeni ideyalar gəlmir və yenidən həvəslənirəm. Hər şey təsadüfi olur. Bu, beynimi hərəkətə gətirir. 

Unutmayın ki, motivasiya məcburi bir şey deyil

2016-cı ildə The Cut nəşri Melissa Dal-ın məqaləsini dərc etmişdir. Bu məqalədə bir cümlədən xüsusilə xoşum gəldi: “motivasiya haqqında ən yaxşı məsləhət budur – bir şeyi etmək üçün istəyin olması məcburi deyil”. 

Bu çox müdrik məsləhətdir. Belə ki, mütləq deyil ki, duyğularınız hərəkətlərinizlə üst-üstə düşsün. Əgər həqiqətən də irəliləmək istəyirsinizsə, yorğunluğa məhəl qoymamalısınız.. Unutmayın ki, adətən problem motivasiyanın olmamasında deyil, onun zəruri olduğunu düşünməyinizdədir. 

Vərdişlər duyğulara qalib gəlir. İki saat ərzində duyğulara fikir verməyin və işinizlə məşğul olun. Nəticədə əhəmiyyətli inkişafa nail olacaqsınız. 

İşdən zövq alın

Gündəlik motivasiyanı müzakirə etdik, bəs uzunmüddətli perspektivdə işləmək istəyini necə qoruyub saxlamaq olar? Bu çox vacib bir sualdır və onun cavabı hər kəs üçün fərqli ola bilər. Lakin bununla yanaşı, hamımızı əsas iki şey motivasiya edir: zövq və əhəmiyyətlilik.

The Guardian jurnalının redaktoru Oliver Berkeman məni qabaqgörənlik qabiliyyəti olan buddist Syuzan Payver ilə tanış etmişdir. O isə mənə işdən zövq almağı tövsiyə etdi. 

Hər birimizin çətin dövrləri olur. Belə anlarda nəyə görə biznesə və ya yaradıcılığıa başladığınızı xatırlayın. Bu sizə gündəlik çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. 

Nəticə çıxaraq: sistemlər qurun, yeni vərdişlər formalaşdırın. Lazımsız işlərdən qurtulun və motivasiyanız artacaq. Əgər artmasa, demək ki, ona ehtiyacınız yoxdur. 

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər