Məhsuldarlığı artırmaq üçün hansı işləri bazar gününə keçirtmək lazımdır?

Müəyyən bir müddət işim məni çox üzürdü. İş saatımı kompyuterin arxasında keçirtməyimə baxmayaraq,hər gün işdən çıxanda bu gün heç bir şey etməmişəm kimi təəsüratım olurdu.

Bəzən bütün vaxtımı pr menecerlərlə, mənbələrə və həmkarlar ilə ünsiyyətə sərf edirdim, aydın olurdu ki, əslində heç bir məqalə yazmamışam. Uğursuzluq.

Bəzən isə elə günlər olurdu ki,  E-poçt və yazı mətnlərini bir yerdə idarə etməyə çalışırdım, bu vaxt hər iki tərəfdən narahatçılıqlar yaranırdı. Super-uğursuzluq.

Bir nöqtədə  mən başa düşdüm ki, bu davam edən döyüş  «əsl» işlə «saxta» iş arasında klassik bir qarşıdurmadır.

«Əsl» iş termini vaxt idarəçiliyi mütəxəssisi Laura Vanderkam tərəfindən icad edilmişdir. O,bunu, məqsədlərinizə və təşkilatınızın məqsədlərinə nail olmağa kömək edəcək böyük layihələri təsvir etmək üçün istifadə edir. Vandarkam deyir ki, əsl iş ilk növbədə sizi ora cəlb edən işdir.

«Saxta» iş-yerdə qalan işlər üçün aid etdiyim termindir,məsələn, e-poçt ilə yazışmaq, telefon zənglərini planlaşdırmaq və işlərin siyahısını hazırlamaq.Saxta iş-hər hansı bir müasir işçinin işdə qalması üçün öz vəzifələrini bilməsidir, lakin nadir hallarda dəqiq, hiss edilən nəticəyə gətirib çıxarır.

Mən bu problemi sonsuza qədər həll etdim deyə bilmərəm,ancaq mən daha təsirli üsulla qarşılaşdığımı düşünürəm: indi mən «saxta» işləri bazar günü, «əsl» işləri  isə bazarertəsindən cümə gününə qədər yerinə yetirirəm.

Bazar günü mənim «saxta» iş strategiyamın detallarına keçməzdən əvvəl, mən sizi əmin edim ki,mən əmək sevər işçi deyiləm. Əslində, hətta həftə ərzində işi daha tez tərk edirəm.

Maraqlıdır ki, iş zamanı digər prioritetlərə vaxt ayırmağa kömək etdiyi halda Vanderkam da sizə istirahət günləridə işləməyi məsləhət görür.

İndi ofisdən ayrıldıqdan sonra mən özümü yaxşı hiss edirəm –məhsuldar nəticə vermirəm kimi mənfi hisslərim olmur. Və mən bu cür beyin rahatlığı yaratmaq üçün böyük məmnuniyyətlə bazar günləri bir neçə saatımı işə ayırıram.

Bazar günü mən üç əlavə iş yerinə yetirirəm.

  1. Elektron poçtla yazışmalar

Burada mən öz fikrimlə davranıram. Mən mütəmadi olaraq poçt qutusunu yoxlayıram və bir şey təcili görünürsə, cavab verirəm. Amma əgər mən piarmenecerin məktubuna cavab verməliyəmsə və bu o qedərdə vacib deyilsə,onda bunu bazar günləri edirəm. Mənbələrlə və təcrübəli əlaqələrlə də mən bu cür edirəm.

Bazar ertəsi səhər saatlarında e-poçtların göndərilməsini planlaşdırmaq üçün adətən Gmail Boomerang-ı istifadə edirəm. Kimsənin həftə sonunu korlamaqdan nifrət edirəm.

Bundan əlavə, Slack dan olan məktublara iş günləri cavablandırıram.  Beləliklə, mənim redaktorumun və ya başqa bir işçinin mənə müraciət etməsi lazımdırsa, o, bir neçə gün gözləmək məcburiyyətində deyil.

2.Beyin fırtınası

İş həftəsi zamanı bir parlaq  fikir yaranırsa və bunu daha təsirli bir şəkildə düşünmək istəyirəmsə, onu bazar gününə təxirə salıram.

Eynən, əgər mənim redaktorumdada bir fikir  yaranırsa -təbiiki, o, bunun təcili olduğunu demirsə, bunuda bazar gününə saxlayıram.

Hansısa səbələrə görə ofisdə olmadığım zaman və  Slack dan mektub gəlməyəcəyindən əmin olduğum vaxt  daha yaradıcı ola bilirəm .

3.Siyahının tərtib edilməsi

Hər bazar günü mən iki əsas siyahı hazırlayıram: həftə ərzində  yazacağım məqalələr və redaktorla həftəlik müzakirə etməli olduğum mövzular.

Bu «meta-iş» vacibdir, lakin çox zehni enerjiyə ehtiyac yoxdur, buna görə də bazar ertəsi səhər lazımsız bir vaxt itkisi kimi görünür.

Mən ekspert deyiləm,amma hər kəsə məhsuldarlıq haqqında bir məsləhət verə bilsəydim,bunu deyərdim: harda və nə vaxt daha yaxşı işlədiyinizi müəyyən edin. Hansı mühit yaradıcı düşünməyinizə kömək edir?

Daha sonra həftəni planlaşdırın. Mənim şəxsi təcrübəm bir şey deməkdirsə, onda bu cür yanaşma sizi  uzunmüddətli  məyusluqdan xilas edəcək.