Məhsuldarlığı yox edən 5 iş vərdişi

0

İşin hansı vaxtlarında fəaliyyət məhsuldarlığınız ən yüksək həddə çatır? Məzuniyyətdən sonra, ondan bir həftə əvvəl yoxsa rüblük mükafatdan əvvəl? Əslində hər gün ən yüksək səviyyədə məhsuldar çalışmaq mümkündür. Gəlin bunun necə ola bilməsindən danışaq.

Məhsuldarlığın yüksək olması o demək deyil ki, siz çox iş görməlisiniz. Məsələ burasındadır  ki, siz sizi iş prosesindən yayındıran problemləri üzə çıxarıb qaydasına qoymalısınız. Bu yazıda sizə məhsuldarlığınızı yox edən beş ən çox rast gəlinən iş vərdişindən danışacağıq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Hərəkəti proqreslə səhv salmayın

Təsəvvür edin ki, stolun üzərində üç monitor var. Beləcə siz sosial şəbəkələrdəki bütün xəbərləri, elektron poçtu, səhmlərin kursunu izləyə biləcək və effektivliyin artırılması üzrə onlayn-kursa baxa biləcəksiniz. Və bu hal sizin məhsuldarlığınızı məhv edəcək.

Bu, klassik səhvdir. Nə qədər çox məlumat əldə etsəniz sizdə bir o qədər də çox elə bir hissiyyat yaranacaq ki, sanki nəsə  edirsiniz. Amma həqiqətdə isə siz az iş görürsünüz. Çünki məhsuldarlıq məqsədə gedən yola nəzarət etmək deyil, ona çatmaqdır. 

Dünyada indi nəyin baş verdiyini bilmək tələbatı

İşdən yayındıran məsələlərin çoxu insanların vacib bir şeyi ötürməkdən qorxmalarına görə baş verir. Sosial şəbəkələrin sayının hədsiz çox olması və mütəmadi yenilənən xəbərlər dünyada daim vacib nəyinsə baş verməsi təəssüratını yaradır. Bizə də elə gəlir ki, bunu birinci biz bilməsək demək həyatda nəyisə qaçırmış olacağıq.

Təbii ki hadisələrdən xəbərdar olmaq vacibdir. Amma inanın ki, bir xəbərdən yayımlanmasından bir neçə saat sonra məlumatınız olsa belə burada qorxulu heçnə yoxdur. Ona görə də bütün bildirişləri bağlayın və sosial şəbəkələri açmayın.

Tapşırıqların çoxluğu doğru deyil

İnsanlar eyni vaxtda bir neçə əsas tapşırığa fikirlərini cəmləyəndə  məhsuldar və effektiv işçi ola bilmirlər. Onlar hansının birinci olduğunu unudaraq sadəcə bir problemdən digərinə keçirlər.

Konkret bir vaxtda məhz nəyi icra etdiyinizi dəqiq müəyyənləşdirməlisiniz. Məsələn, özünüzə tapşırıq qoyun və onun icra vaxtını təyin edin. Onu başqa heç nəyə fikrinizi yayındırmadan yerinə yetirin. Sonra növbəti tapşırığa keçin. İş vaxtını planlaşdırıb qurmağa başlayan kimi məhsuldarlığınız da artacaq.

Yaddaşınıza güvənməyin

Hər şeyi yadda saxlamağa ehtiyac yoxdur. Bəli, karyeramızın başlanğıcında hamımız “Problem yoxdur, bu, yadımda qalacaq” deyə düşünürük. Amma təbii ki nəyisə unuduruq və nəticədə tapşırığı vaxtında yerinə yetirməyi çatdırmırıq, vacib zəngi qaçırırıq, toplantı üçün plan hazırlamağı unuduruq.

Hər şeyi təqvimə salın və siyahı tutun. Tapşırıqları qeyd etmək və növbətilərinə keçməklə onları unutmaq daha rahat bir üsuldur. Belə olan halda siz baş ağrısından və nəyisə unutmuş olma hissiyatından qurtulacaqsınız.

Arzular əsas hədəfdə olmamalıdır

Məhsuldarlıq özünə nəzarət məsələsidir. Bu o deməkdir ki, əgər siz səyahət edirsinizsə və işləməlisinizsə, təyyarədə filmə baxmayacaq, noutbuku götürüb hesabat aparacaqsınız.

Əlbəttə bir neçə saat istirahət etmək imkanı olduğu halda adam özünü darxıdırıcı statistika ilə yükləmək istəmir. Amma siz ilk öncə işinizi görməlisiniz və bundan sonra öhdəliynizi bitirməkdən məmnun halda istirahət edə bilərsiniz.

İnanın ki, hesabat yazdığınız müddətcə dünya heç bir yerə yoxa çıxmır.

Bütün yayındırıcı faktorları aradan qaldıran kimi sizin başqa işlərə də çoxlu vaxtınız olacaq. Beləcə həmişə arzu etdiyiniz işlərə vaxt ayırmış olacaqsınız.