20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Məhsuldarlıq düşüncə tərzindən asılıdır: insanların 4 tipi

Fərdi səmərəlilik sistemi haqqında kitabın müəllifi olan Karson Teyt hesab edir ki, məhsuldarlıq insanın düşüncə tərzindən asılıdır. 

Bir məhsuldarlıq strategiyası hamıya uyğun ola bilməz. Çalışın sizin düşüncə tərzinizə uyğun bir pirnsip tapın və onu güclü tərəflərinizdən istifadə edərək tətbiq edin. Adətən biz bunu şüursuz şəkildə edirik, lakin “sınanılmış” proqramlar və müxtəlif məsləhətçilərdən gələn tövsiyələrin əhatəsində olduğumuz üçün üstünlüklərimizə qarşı çıxırıq. 

Məhsuldarlığınızı artırmaq üçün əvvəlcə düşüncə tərzinizi müəyyənləşdirməlisiniz. Elm adamları onun dörd növünü ayırd edirlər: prioritetləri müəyyən edən, planlaşdıran, təşkilatçı olan və vizuallaşdıran. Bəzi hallarda onlar üst-üstə düşə bilər, buna görə özünüzdə bir neçə üslubun xüsusiyyətlərini görsəniz narahat olmayın. 

  1. Prioritetləri müəyyən edən

Belə insanlar həmişə faktlara əsaslanan məntiqə və analitik düşüncəyə güvənirlər, səmərəliliyi artırmaq üçün günlük və həftəlik cədvəllər tərtib edirlər. Onlar üçün maraqsız məqsədlər yoxdur. 

Bəzən onlar hər şeyə nəzarət etməyə meylli olurlar və rəqabət yönümlü kimi görünürlər. Prioritetlərə üstünlük verən insanlar boş-boş danışmağı sevmirlər, şəxsi məlumatları paylaşmırlar. Onların mesajları çox vaxt bir neçə cümlə və ya hətta bir neçə hərifdən ibarət olur. 

Komandaya verdiyi töhfə

– məlumatlaırn analizi;

– tənqidi düşüncə və problemlərin həllinə məntiqi yanaşma;

– məqsədyönlük, ardıcıllıq, qətiyyətlilik;

  1. Planlaşdıran

Bu tip insanlar addım-addım irəliləməyə, detallı düşünməyə və planlaşdırma aparmağa meyllidirlər. Prioritetlərə üstünlük verənlərdən fərqli olaraq, onlar layihənin bütün təfərrüatlarına diqqət edirlər. 

Spontanlıq planlaşdıranlar üçün xarakterik cəhət deyil, əksinə – çox vaxt plandan kənara çıxmamaq naminə bir çox fürsətlər əldən qaçır. Belə insanlar daim cədvəl və plan qurmağa ehtiyac duyurlar, adətən bütün işləri vaxtında  tamamlayırlar. Onların mesajları ətraflı olur və bütün addımların ardıcıllığını nəzərdə tutur. 

Komandaya verdiyi töhfə

– praktiklik və real addımlara yönümlülük;

– planlar və ya proseslərdə diqqətdən yanınan səhvləri tapmaq bacarığı;

– böyük həcmli məlumatların təşkili;

  1. Təşkilatçı

Bu insanlar ekspressiv və emosional düşüncə tərzinə üstünlük verirlər. Bir komandada işləməyi və həmkarları ilə yaxşı münasibət qurmağı sevirlər. Onlar anadangəlmə kommunikatordurlar və məharətlə görüşlər təşkil etməyi bacarırlar. 

Təşkilatçılar fərqlənməyi sevməyən insanlara əsəbiləşirlər, çox danışmağı sevirlər, bu və ya digər məsələlərin müzakirəsi onlar üçün çox vacibdir. 

Komandaya verdiyi töhfə

– başqalarının reaksiyasını qabaqcadan görmək və onların hisslərini başa düşmək qabiliyyəti;

– komanda daxilində ünsiyyətin təşkili;

– inandırmaq qabiliyyəti, ideyaların inkişaf etdirilməsi;

  1. Vizuallaşdırıcı

Bu tip insanlar vahid intuitiv düşüncə tərzi ilə xarakterizə olunurlar. Onlar stres altında işləməyi bacarırlar və eyni anda bir neçə müxtəlif layihə üzərində işləyə bilməyəndə darıxırlar. 

Vizualizasiya quran insanlar ümumi mənzərəni görürlər və fərqli ideyalar arasındakı əlaqəni tapmağı bacarırlar. Bəzən detalları gözardı edirlər və ümumiyyətlə fürsəti prosesdən daha yüksək qiymətləndirirlər. Onların spontanlığı və impulsivliyi sıçrayışlı fikirlərə yol açır, lakin bəzən planları poza bilər. 

Komandaya verdiyi töhfə

– innovativ fikirlər;

– problemlərin həllinə yaradıcı yanaşma;

– yeni imkanları görmək və ideyaları inteqrasiya etmək bacarığı;

Ümid edirik ki, düşüncə tərzinizi müəyyən etməyi bacardınız və bu sizə iş həyatınızda daha məhsuldar olmağa kömək edəcəkdir. 

 

Son xəbərlər
Oxşar xəbərlər