28 C
Baku
Saturday, August 13, 2022

Məhsulların izlənilməsi qaydası hazırlanacaq

 

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində qida təhlükəsizliyi nəzarətinə aid edilən malların, o cümlədən qida məhsulları ilə təmasda olan material və məmulatların və məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda Nazirlər Kabinetinə məhsulların izlənilməsi qaydasını beş ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər