5 C
Baku
Wednesday, February 21, 2024

Məktəb ləvazimatları neçəyədir? – Qiymətlər

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bəs hazırda mağazalarda qiymətlər necədir?

Ötən ilə nisbətən müxtəlif ləvazimatların qiymətlərində 10 qəpikdən 3 manata qədər bahalaşma müşahidə edilir. Satıcılar bildirirlər ki, bahalaşma daşınma qiymətlərinin artması ilə bağlıdır. Valideynlər daha çox sentyabrın 1-dən sonra məktəb ləvazimatlarını almağa üstünlük verirlər, ancaq onların indidən tədris ilinə hazırlıq görmələri məsləhətlidir. Çünki tədris ilinin başlanmasına bir həftə qalmış, həm sıxlıq olur, həm də ləvazimatların cüzi də olsa qiymətləri bahalaşa bilər.

Beləliklə, əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

Çanta: 18-55 manat

Dəftər: 40 qəpik – 2.50 manat

Sadə karandaşlar: 10 qəpik -1.80 manat

Rəsm albomları: 1-5 manat

Dəftər-kitab üzlükləri: 20-50 qəpik

Sadə qələmlər: 20- qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 2-8 manat

Pozan: 30-50 qəpik

Qələmyonan: 15 qəpik – 1 manat 20 qəpik

Xətkeş: 30 qəpik -2.50 manat

Plastilin: 1- 4.50 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 – 3.6 manat

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər