26 C
Baku
Wednesday, April 24, 2024

Məlumat və analitika (Marketinq 2 –ci hissə)

Filip Kotler. Marketinq 2 –ci hissə (qısaldılmış)

Şirkətlərin çoxu obrazlı şəkildə desəkzəngin məlumat üzərində oturub, yalnız onu əldə etmək iqtidarında deyil. Məlum şərait bilgilərin idarə olunmasına daha doğrusu korparativ məlumatın təşkil olunması formalarına inanılmaz maraq doğurdu ki. Bu da öz növbəsində informasıyanın asanlıqla aşkarlanmasına və ondan maksimum yararlanmağa  imkan yaratdı.

Bir çox şirkətlər (xüsusi ilə birləşmə və udulma nəticəsində yarananlar ) məlumatların uyğunsuzluğu problemi ilə üz-üzə qalır. Bütün müştəriləri rəqibləri və şirkət distribüterlərini nəzərə almaqla bazarın tam mənzərəsini əldə etmək üçün onlar ilk öncə müxtəlif mənbələrdəki məlumatları vahid hala salıb, ümumi informasiya bazasına yerləşdirməlidirlər.

Beləcə real zaman rejimində inventarizasiyanın idarə olunması sistemi şirkətin və rəqiblərinin dünən ya da bugün satdığı bütün mallar barədə (qiymət və xüsusiyyətləri) məlumat təqdim eləmək iqtidarındadır. Bütün bunları sistemlərin avtomatlaşdırılması sayəsində etmək mümkündür. Bu real zamanlarda taktiki qərarların qəbul edilməsini təmin edir.

Müəllif:
Aliyə Nuruyeva

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər