Mənəvi qırışıq

Mənbə: Harvard Business Review

Harvarddan olan antropologiya və təkamül professoru Mark Hauzer 2006-cı ildə insan mənəviyyatının anadangəlmə olduğunu əsaslandırdığı əsərini çap etdirmişdir. Kitab Amerikada ani olaraq məşhurlaşmışdır, hazırda  isə rus dilinə tərcüməsi mövcuddur. 

Müvəffəqiyyətin səbəbləri məlumdur. Birincisi mənəviyyatın psixologiyası insanları çoxdan düşündürür. İkincisi kitab çox asan dildə yazılmışdır (heyif ki, bunu bir çox səhvlərin buraxıldığı tərcümə haqda demək olmur). Üçüncüsü kitabda çox sayda maraqlı faktlar – müşahidə və eksperimentlərin təsviri, eləcə də beynin tomoqrafiya göstəriciləri də vardır. Ən nəhayət, mənəviyyatın insana genetik məxsus olması, yəni mənəviyyat orqanı olması haqda  müəllif fərziyyəsi nəinki maraqlıdır, həm də inandırıcı olaraq əsaslandırılmışdır.

Biznes liderləri üçün Hauzerin nəzəriyyəsindən bir nəticə çıxır: elə siyasət aparmaq lazımdır ki, təbəələrin “mənəviyyat orqanları”  gərginləşməsin. Müəllif göstərir ki, hər şeyə, hətta qətlə də bəraət qazandırmaq olar, lakin ehkamları adlayıb keçmək insan üçün çətindir. Hauzer məğz etibarilə çoxlarının uşaqlıqdan eşitdiyi şeyləri əsaslandırır: “Həqiqəti söyləmək asan və xoşdur”.

Mənəviyyat kateqoriyalarının genetik proqramlaşdırılması müxtəlif mədəniyyətlərdə  mənəviyyat sistemlərinin müxtəlifliyini inkar etmir. Heyvanlardan fərqli olaraq insana doğulan andan mənəvi inşaat dəsti verilmişdir, bundan tərbiyəçilər konkret cəmiyyət üçün uyğun olan mənəviyyat sistemi formalaşdırırlar. Lakin yaxşını pisdən ayırmaq qabiliyyətinin özü universal prinsiplərə istinad edir.

Bu prinsiplərin mövcudluğunu aşkara çıxaran sınaq belədir.

Yolla idarəetməsini itirən tramvay gedir. Tramvayın önündəki dar yolda 5 insan dayanıb. Əgər tramvay təkcə 1 nəfərin dayandığı yan tərəfə dönməsə onları mütləq vuracaq. Tramvayın sərnişini – onu Dəniz adlandıraq – dəstəyi çevirib tramvayı yan tərəfə döndərə bilər. O bunu etməlidirmi?

Başqa bir məsələ  – müşahidəçi Frenk üçün. Eyni yol və rels üzərindəki 5 adam. Yolun üstündəki körpüdə dayanan Frenk düşünür ki, nəsə çox iri bir şey atmaqla tramvayı dayandırmaq olar. Bunun üçün ən uyğun obyekt – körpüdə dayanan çox kök bir adamdır. Frenk onu relslərə itələməlidirmi?

Ned də seçim qarşısındadır. O tramvayın istiqamətini dəyişə bilən cihazın olduğu küçədə dayanıb. O , 5 insanı qurtarmaq üçün tramvayı 1 adamın üzərinə döndərməlidirmi?
Bütün bu situasiyalar nəticəsi 1 insanın bahasına 5 insanı xilas etmək olan hərəkətləri təsvir edir.

Praqmatik nöqteyi-nəzərdən bu hadisələr identikdirlər. Lakin bu mənəvi dilemmaları insanlar cürbəcür həll edirlər. Dini təriqətindən, milliyyətindən, peşəsindən və yaşından asılı olmayaraq çoxu Dənizə (90%)dəstəyi çevirməyə icazə verir, rəyi soruşulanların yarısı isə deyir ki, Ned dəstəyi çevirməlidir. Amma Frenk körpüdən insanı itələməməlidir. Aydındır ki, burada sadə hesab yaramır – bütün sınaqdan keçirilənlərdə eyni olan mənəvi mexanizmlər işə düşmüşdür.

Adətən insanlar Dəniz, Frenk və Nedin əvəzindən nə üçün qərar verdiklərini izah edə bilmirlər. Hamının seçimi birdir, lakin əsaslandırma diapazonu həddən artıq genişdir.

Bu isə rasional reaksiyanın olmamasını təsdiqləyir. Mark Hauzer bu səbəbdən nəticə  çıxarır ki, burada insan tərəfindən dərk edilməyən mənəvi seçim mexanizmi işə düşür. Təbiət mənəvi normaları şüuraltında gizlətməklə müdrik davranmışdır. Əgər hər dəfə mənəviyyat məsələlərinin həllini metodik olaraq hesablamaq lazım gəlsəydi, seçimə həddən çox vaxt sərf olunardı. Mənəviyyat insanın doğma dili kimi beynin “ayrıca” orqanıdır.  Axı onda danışarkən biz hər dəfə mübtədanı harda, xəbəri harda qoymağı düşünmürük.

Mənəvi dilemmaları  psixikanın ayrıca bloklarının idarə etdiyi haqda eksperimental sübutlar mövcuddur. Məsələn, beynində zədələnmiş hissələri olan insanlarla aparılan tədqiqatlar bunu göstərir. Maraqlıdır ki, Dəniz, Frenk və Nedin tapşırıqlarını baş beynin ventromedial prefrontal qabıq (VMPQ)zədələnmələri olan insanlar necə həll ediblər? Bu sahələr dərdə şərik olmaq, günahkarlıq hissi kimi emosional reaksiyalara cavabdehdir. VPMQ zədələnmələri olan insanlar Dənizlə Frenkin situasiyaları arasında fərqi başa düşmürdülər. Onların fikrincə Frenk kök insanı vaqonun altına atmalı idi. Emosional əhəmiyyətli qiymətləndirmə olmadıqda daha böyük müştərək rifaha yönəlmə aparıcı rol oynayır.

Beynin eksperimental və  məntiqi mərkəzləri lazım gəldikdə brifinq keçirir və ümumi qərar çıxarırlar. Bu “danışıqlar”ı eksperimental ölçmələr sübut edir. Sınaqlar zamanı Dəniz, Frenk və Nedin dilemmalarının həllinə lazım olan vaxtı ölçmüşlər. Psixi sağlam respondentlər arasında qeyri-standart cavablar verənlər də var idi. Kimsə deyirdi ki, Dəniz dəstəyi çəkməməlidir, Frenkə isə əksinə insanı tramvay altına atmağa icazə verirdilir. Belə respondentlərə normal cavab verənlərə nisbətən  cavab tapmaq üçün  2 dəfə artıq vaxt lazım gəlmişdir. Bu o deməkdir ki, emosional və məntiqi mərkəzlər danışıqlar və qarşılıqlı inandırmalara iki dəfədən çox vaxt sərf etmişlər. Yeri gəlmişkən, uşaqlar da Dəniz və Frenk tapşırıqlarında standart cavablar vermişlər.

Hauzerə görə  anadangəlmə mənəvi parametrlər – yönəlmələrin (öldürmə!, oğurlama!) özü deyil, mənəvi imperativlər sistemini formalaşdıran hansısa psixi qabiliyyətlərdir. Bu yalanın, ədalət və haqsızlığın, hərəkətin təsadüfiliyi  və ya  qərəzliliyin və hadisələr zəncirinin bütünlüyünün, qayğının, başqa insanlarının niyyətlərinin  anadangəlmə tanınmasıdır. Onlardan, konstruktordan olduğu kimi hər bir mədəniyyət öz mənəviyyat sistemini qurur. Onların oxşar olması təkcə mədəniyyətlərin qohumluğunu deyil, həm də mənəvi prinsiplərin formalaşma mexanizmlərinin oxşarlığını, fərdi dərrakənin inkişafının təbii prosesini göstərir. Mənəvi məqsədlərin korreksiyası nüfuzlu şəxslərin təsiri altında baş verir. Hauzer oxuculara nüfuzun gücünü nümayiş etdirən məşhur eksperimenti xatırladır.

Eksperimentdə 3 nəfər iştirak edir: eksperimentçi, sınaqdan keçirilən şəxs və qabaqcadan tutulmuş aktyor. Eksperimentçi bildirir ki, işin məqsədi ağrının təhsilin effektivliyinə olan təsirini öyrənməkdir, bu zaman sınanan şəxs – müəllim, ikinci iştirakşı isə – şagird rolunu oynayacaq. Sınaqdan keçirilən şəxsin heç ağlına da gəlmir ki, “şagird” eksperimentçi tərəfindən tutulmuş aktyordur. “Şagird”in vəzifəsi bir sıra sözləri yadda saxlamaq və təkrarlamaqdır. Hər bir səhv cavaba görə ona elektrik cərəyanı zərbəsi vurulur. Hər sonrakı səhv cavabla cərəyanın gücü artırılır. 30 vahid maksimumunda insan huşunu itirir. “Şagird” fərsiz çıxır və buna görə də sınanan şəxs hər dəfə cərəyanı artırmalı olur. Təcrübə boyunca “şagird” qışqırır, ağrıdan qıvrılır, lakin eksperimentçi təcrübənin davam etdirilməsində təkid edir. “Müəllim” “şagird”in əzablarını görüb, bunu insanlıqdan kənar adlandırır, lakin… cərəyanın gücünü artırmağa davam edir, bəzən hətta 30 vahidədək! “Müəllim”in dayandığı cərəyan həddi  onu nüfuza tabe olma  və mənəviyyatını qurbanvermə dərəcəsini göstərir. Müxtəlif millətlərin nümayəndələrində – diktata müxtəlif müqavimət müşahidə olunur, belə məlum olur ki, ən güclüsü avstraliyalılardadır.

Təbii ki, bu təcrübəni böyüklər üzərində keçirmişlər, indi isə təsəvvür edək ki, uşaqlara nüfuzun təsiri nə dərəcədədir və mənəvi normaların formalaşmasında bu amil nə qədər güclüdür. Müxtəlif mədəniyyətlər tərbiyənin köməyilə bəzən qəddarlıq və zorakılığa da yol verən öz mənəvi sistemlərini yaradırlar. Bir çox xalqlarda qətl icazə veriləndir, məsələn namus qətli. Əgər müsəlman-kişi öz arvadından xəyanətdə şübhələnirsə (sadəcə şübhələnirsə!) onu öldürmək hüququna malikdir. Hardasa qadını nigahdan kənar hamiləlik zamanı öldürməyə icazə verilir. Belə namus qətllərini qızın öz valideynləri törədirlər. Məhkəmə sistemi bu hallara güzəştlə baxır və qatili çox yumşaq cəza gözləyir. Bibliya mətnləri “qanuniləşdirilmiş” vəhşiliklərlə zəngindir, məsələn, İerixon sakinlərinin İisus Navin tərəfindən qırılması və ya Musa tərəfində mədinəlilərin, o cümlədən qadın və uşaqların maniakalcasına kəsilməsi.

Mənəviyyat, digər ictimai normalar kimi, qrup üzvlərinin qarşılıqlı anlaşmasına səbəb olur. Qəbul edilmiş quruluşlara riayət olunması insanın sağ qalabilmə qabiliyyətini artırır. Sürü (təkcə insan deyil, başqa məxluqlar da)  tək döyüşçüyə nisbətən daha döyüşqabiliyyətli və müdafiə olunandır. Buna görə də insan üçün bioloji mühümdür ki, kimin onunla, kimin ona qarşı olduğunu tez müəyyənləşdirsin. Məhz burada ani şüuraltı mənəvi qiymətləndirmələr xilas edir.

Müstəsna anadangəlmə faydalı xüsusiyyət – yalanı tanımaq qabiliyyətidir. Hətta ən kiçik uşaqlar belə yalançını müəyyən edə bilir və yalanı neqativ hərəkət kimi qiymətləndirirlər. Məsələn, 3-4 yaşlı uşaqlardan aşağıdakı situasiyanı qiymətləndirmək xahiş edilib. Birincidə ana uşağa küçəyə çıxarkən papaq qoymasını buyurur, lakin uşaq papaqsız bayıra çıxır. İkincidə – o bayıra papaqla çıxır, lakin anası görmədikdə papağı çıxarır. Üçüncüdə papaqla çıxır, lakin qaçdıqda onu itirir. Uşaqlar etiraf edirlər ki, birinci və ikinci halda uşaq düzgün hərəkət etməyib. Birincidə onlar buyruğun birbaşa pozulmasını, ikincidə- yalanı tanıyırlar, üçüncü uşağı isə heç kim tənqid etmir. Deməli, hətta lap balaca uşaqlar da “pis-yaxşı”nı tanıyır, hərəkətin nəticəsini onun yerinə yetirilmə vasitələrindən ayırırlar. Bundan əlavə, hətta 2 yaşlı uşaqlar ədalət və ədalətsizlik haqda bu yaşda öyrədilməsi mümkün olmayan primitiv təsəvvürlərə malikdirlər.

Eksperimentdə psixoloq mükafat qismində uşaqlara şəkillər verr:  “ədalətli”  variantda hərəyə 2 şəkil,  “ədalətsiz” variantda birinə 3, o birinə 1 şəkil verir. Əgər onları bərabər mükafatlandırırlarsa  hər ikisi qane olur, əks halda , az şəkil verilən uşaq inciklik, artıq şəkil alan isə sevinc hissi nümayiş etdirir. Bu zaman payına artıq şəkil düşən uşaqlar qeyri-bərabər bölgüyə primitiv də olsa  məntiqi səbəb tapırlar. Məsələn, onlardan biri deyir ki, əlavə şəkildəki təsvir onun valideynlərini xatırladır. Doğru deyilmi, davranışın bu modeli böyüklərin “oyunları”nı xatırladır- sadəcə o fərqlə ki, yaş artdıqca insanlar ədalətsizliyə daha həssas səbəblər gətirirlər. Lakin  buna baxmayaraq “mənəvi orqan” dayanmadan çalışır. Sadəcə, əgər bunu bizim eqoistik niyyətlərimiz doğurursa, işə ziddiyyətlərin məntiqi həll sistemi qoşulur.

Eqoistik Homo economicus –un hərkətlərini qiymətləndirmək üçün demək olar ki, bütün insanların eyni cür reaksiya verdikləri sadə sınaq situasiyaları bunlardır. 1) Güclü qar yağışı zamanı mağaza kürəklərin qiymətini qaldırır.2) Mənzil sahibi kirayənişinin yaxınlıqda yaxşı iş tapdığını və köçməyəcəyini öyrəndikdə kirayə haqqını artırır.3) Mağaza populyar modelə tələbat artdıqda onun qiymətini qaldırır. 4) İşləri yaxşı getməyən sahibkar işçilərin maaşını kəsir. 5) Eyni iki mənzilin sahibi bönövrəsi təmir edilməli olan mənzili daha baha qiymətə kirayə verir.  Bütün hallarda  hərəkətin nəticəsi – iqtisadi mənfəətdir,onun alınması Homo economicus-un məqsədidir. Lakin onun hərkətlərini insanlar eyni qiymətləndirmirlər. Gəlir əldə etmənin ilk 3 üsulunu insanlar ədalətsiz, son ikisini – məqbul qiymətləndirirlər. Deməli, ilk 3 sahibkarı ictimai ittiham gözləyir, son ikisini isə başa düşmək olar. Məhdud cəmiyyətlərdə (150-dək insan) ətrafdakıların məzəmməti sahibkarın eqoizmini  və ümumi rifahlardan istifadə edənlərin tamahını cilovlamağa qadirdir.

Etnoqrafik tədqiqatlar və  iqtisadi oyunlar aydın göstərir ki, kiçik qruplarda rişxənd və rüsvayçılıq qorxusu insanları pis əməllərdən çəkindirir. Amma iri və simasızlaşmış sosiumlarda isə məzəmmət heç də kifayət deyil və burada cəzanı müəyyən edən qanun işə qoşulur.Kodlaşdırılmış cəmiyyətlərdə psixoloji ziddiyyət əmələ gəlir: insan sanki hüquqi normalara istiqamətlənmək və mənəvi normlara etinasızlıq hüququ alır. Lakin təbii mənəvi bünövrə burada da ölmür. Buna görə də “daxili mənəviyyat”la münaqişələri həll etməyə kömək edən müxtəlif sosial institutlar yaranmışlar: xeyriyyəçilik, dindarlıq, iqtisadi təsir, ünsiyyət dairəsinin daralması, informasiyaya seçici həssaslıq. Bütün bunlar bizim ədalətsiz zəmanəmizdə güclü ziyan çəkən insan psixikasının müxtəlif blokları arasında harmoniyanı bərpa etməyə yönəlmişlər .


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.