9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Mənbə: Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Banker.az bu barədə mənbə olan “Gununsesi.info”ya istinad edir.

Həmin informasiya saytı bununla bağlı bağlı əldə etdiyi məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki “anti-korruspiya əməliyyatı” ilə bağlı açılmış cinayət işinə görədir.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır”, – deyə mənbə bildirib.

Banker.az xatırladır ki, E.Məmmədyarov 7 aprel 2004-cü ildə Azərbaycanın XİN başçısı təyin edilib, lakin, cari ilin iyul ayının ikinci dekadasında Azərbaycan-Ermənistan sərhədində baş tutmuş gərginlik sonrası istefaya göndərilib. O, Prezidentin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib, yerinə, Təhsil naziri Ceyhun Bayramov təyin edilib.

Son xəbərlər
Oxşar xəbərlər