Mənbə: Səfər Mehdiyev “Qırmızı Körpü”nün gömrük rəisini şikayətə görə işdən çıxarıb

0

Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” (Sınıq Körpü) gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair yayılan məlumatlara aydınlıq gətirib.

Banker.az xəbər verir ki, bu barədə Musavat.com-a daxil olan məlumatda qeyd edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bildirilir ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub.

Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirib.