Mənsimovun üzərindən ev dustaqlığı da götürüldü

M.Mənsimov

Azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun prezidenti Mubariz Qurban oğlu Mənsimovun üzərindən İstanbul şəhərindən çıxmamaq şərti ilə ev dustaqlığı da götürülüb.

Bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz “Facebook” hesabında yazır.

5 mart 2021-ci il tarixində İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamıın vəsatəti təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı..

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.