26 C
Baku
Saturday, July 27, 2024

Mənzil İnşaatı Dövlət Agentliyi törəmə şirkətinə 110 milyon manatlıq faizli borc verib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2020-ci ildə törəmə şirkəti olan “MİDA” MMC-yə faizli borc verib.

Banker.az xəbər verir ki, bu barədə agentliyin audit hesabatında deyilir.

Qeydə görə, 2020-ci ildə Agentlik tərəfindən “MİDA” MMC-yə 110 000 000 manat məbləğində faizsiz borc verilmişdir.

İstiqrazların həcmi iki  dəfə 30 və bir dəfə 50 milyon manat olmaqla 5 il müddətinə verilib,bu qiymətli kağızların illik borc dərəcəsi 2-3% təşkil edib.

“Bu borc FVTPL kateqoriyasına təsnifləşdirilmiş və 3 246 995 manat (2019: sıfır) məbləğində zərər il üzrə mənfəət və ya zərərdə qeydə alınmışdır”.

Dövlət büdcəsindən 2020-ci il ərzində dövlət sifarişi əsasında mənzillərin alınmasının təşkil edilməsi məqsədilə Agentliyə 9 814 619 manat (2019: 48 600 000 manat) məbləğində vəsait köçürülmüşdür. 2020-ci il ərzində rəsmiləşdirilən mənzillərin dəyərininin ödənilməsi üçün ümumi vəsaitdən 26 036 178 manat (2019: 14 714 743 manat) Agentlik tərəfindən “MİDA” MMC-yə köçürülmüş, mənzillərin rəsmiləşdirilməsinə görə 279 886 manat (2019: 30,183 manat) vəsait müvafiq rüsumlara xərclənmişdir.

Ümumilikdə dövlət sifarişi əsasında mənzillərin rəsmiləşdirilməsi ilə bağlı 26 316 064 manat vəsait xərclənmişdir. Qalan məbləğ 17 353 629 manat (2019: 33 855 074 manat) təşkil etmiş və digər mənzillər dövlət sifarişi əsasında rəsmiləşdirildikcə bu vəsaitdən mənzilləri dəyəri olan hissə müvafiq qaydada “MİDA” MMC-yə ödəniləcəkdir.

“MİDA” MMC 2016-cı ildə yaradılıb və 10 milyon manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər