28 C
Baku
Saturday, July 27, 2024

“Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqinə dair fərman imzalandı

“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Mənzil Məcəlləsinin 13.5-ci maddəsinə uyğun olaraq yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

“Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.” –  deyə Fərmanda deyilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Fərman 30 may 2017-ci il tarixində imzalanıb.

Son xəbərlər
Digər xəbərlər