Məqsədlərinizi pis düşündüyünüz üçün, onlara çata bilmirsiniz

0

Məqsədlərimizə doğru hərəkət etmək üçün bizə motivasiya, dissiplin və işimizə sadiq olmağımız lazımdır. Bəs bütün bunlar nədən yaranır? İnsanların çoxu elə düşünür ki, hər şey insanın xarakterindən və fərdi keyfiyyətlərindən asılıdır. İnsanların bir hissəsi motivasiya ilə dolu, digər hissəsi isə tənbəl olur. 

Elə insanlar da var ki, müəyyən vaxtda tənbəl, müəyyən vaxtda isə motivasiyalı olduqlarını boyunlarına alırlar. Onlar qeyd edirlər ki, hər şey məqsəddən asılıdır. Siz, məsələn, evi yığışdırmaq üçün tənbəllik edə bilərsiniz, amma müntəzəm şəkildə idman zalında idmanla məşğul olursunuz. 

İsanın təbiəti sizin təsəvvür etdiyinizdən daha çox situativdir 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İnsanın davranışı situasiyadan asılı olaraq dəyişir, bu fakt artıq bir neçə onillik bundan əvvəl sübuta yetirilmişdi. 

İnsanın oğurluq cinayətini edib-etməməsi hazırkı situasiyadan, onun oğurluğa meylli olub-olmamasından asılıdır. İmtahanda köçürmə hallarının olub-olmaması da xarakterdən yox, situasiyadan asılıdır. İnsanların tanımadıqları birinə kömək edib-etməməsi daha çox sosial faktorlardan asılıdır.

Bu, bizim fikirlərə, stereotiplərə ziddir. Biz düşünürük ki, insanın davranışı mövcud situasiya və onun ətraf dairəsindən deyil, xarakter və şəxsiyyətindən asılıdır. Belə yanaşmanın xüsusi adı da var – atribusiyanın fundamental səhvi. 

Diqqətinizi böyük məqsədlərə necə yönləndirəsiniz? 

Çoxları mənə bu sualı verir. Sadə dildə desək, konsentrasiya olmaq bacarığı həm  anadan gəlmə, həm də sonradan əldə edilmiş ola bilər. Mən düşünürəm ki, əsas gördüyün işi sevməkdir. Niyə? Sizə öz həyatımda yaşadığım təcrübədən danışım. 

Fizika fakültəsinin tələbəsi olduğum dövrdə, kvant fizikasından imtahan verməli idim. Hər şey siz gözlədiyiniz kimi oldu: mən mühazirələri oxumağa başlayırdım, sonra fikrim yayınırdı. 

Bu kurs bitəndən sonra, yeni bir fənni oxumağa başladım. Sizcə mən dəyişdim? Mənim ikinci cəhdim uğurlu oldu? Yox, mən yenə də bir neçə dəqiqə mühazirəyə baxırdım, sonra isə fikrim yayınırdı.  

Motivasiyanı necə yaratmaq olar

Əgər hər hansısa sadə formul olsaydı, məqsədləri formalaşdırmaq və qarşıya qoymaq bu qədər çətin olmazdır. Siz məqsədləri elə qoymalısınız ki, onlar sizin üçün motivasiyanı generasiya etsinlər. Bu, çətin olsa da, nəticənizi yaxşılaşdırmaq üçün aşağıdakı faktorlara diqqət edə bilərsiniz:

Layihənizin hər hansısa dəqiq standartları varmı?

Qaranlıq fikirlərdən, ideyalardan qaçın. Göstərdiyimiz səylər heç vaxt avtomatik olmurlar. Ambisiyalar dəqiq və aydın olmalıdırlar, əks halda tənbəlliyiniz tutanda onlardan imtina etmək çox asan olacaq. 

Bu standartları formalaşdırmağın milyon dənən üsulu var. Məhdudiyyətlər nəticələrlə əlaqəli ola bilər (informatikadan illik tədris planı). Onlar prosesə toxuna bilər (digər dilləri öyrənək üçün ingilis dilində danışmamaq). Və ya vərdişlərdən (gündə 50 dənə jim). 

Standartlar məhdudiyyətləri formalaşdırır və sizi geri çəkilməyə qoymur. 

Standartlara uyğun olacağınıza inanırsınızmı? 

Həmişə standartın müəyyən etdiyi çağırışı qəbul etmək və ya rədd etmək seçimi arasında qalmış oluruq. Əgər bu və ya digər standartı yerinə yetirə bilməyəcəyinizi düşünürsünüzsə, onu rədd edib təslim olacaqsınız. 

Düzgün qoyulmuş standartlar xarici faktorlardan asılı olmalı deyil. Yalnız bu halda təslim olmaq üçün heç bir səbəbiniz olmayacaq. 

Əgər özünüzdən əmin deyilsinizsə, ən asan məqsədlərə bələ çata bilməyəcəksiniz. Əminlik spiralını işə salmaq üçün, uzun müddət ərzində güclü səylər göstərməyiniz tələb olunur. 

Standart müəyyən  nəticələr əldə etməyə kömək edirmi?

Əgər bu və ya digər standart sizə məqsədlərinizə çatmaqda kömək etmirsə, o tamamilə yarasızıdır. Məsələn, siz artıq çəkini atmaq istəyirsiniz və bu məqsədə çatmaq üçün şəkərli sulardan imtina etmək qərarına gəlirsiniz. Bu halda kalorini başqa ərzaqlardan alsanız, şəkərli içkilərdən imtina etməyiniz heç bir rol oynamayacaq. 

Fəaliyyət standartlarını tətbiq etmək daha asan olur, onlar daha yaxşı motivasiya edir. Nəticə standartı isə daha qeyri-müəyyəndir, bu halda məqsədə çatmaq ehtimalı daha çoxdur. Yaxşı layihə özündə bunların hər iksini birləşdirir. 

Ani stimullar mövcuddurmu? Onlar bizə məqsədlərimizə çatmaqda kömək edirlərmi? 

Təkcə standartlar deyil, eyni zamanda qısa müddətli stimullar da çox vacibdir. Bir çox məqsədlərin faydası uzaq perspektivli olur – yəni, onları ilk baxışdan görmək kifayət qədər çətindir.  

Motivasiyanı itirməmək üçün, böyük məqsədinizi daha kiçik məqsədlərə bölməyiniz məqsədəuyğundur. Əgər məqsədiniz bir neçə aydan sonra imtahan verməkdisə, hal-hazırda çox həvəssiz ola bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədlər daha kiçik olsa, onlara çatmaq üçün daha təşviqli olacaqsınız. 

Standartları gözləmək vacibdirmi? 

Üzərində işlədiyiniz layihələrin heç biri təcrid olunmayıb. Tərəzinin o biri qolunda həyatınızın digər aspektləri olur. Əgər digər məsələlər daha vacibdirsə, aşağı prioritetli layihələr uduzacaq. 

Bu zaman sadə vərdişlər bizə kömək edə bilər, belə ki, onları gözləmək o qədərdə çətin deyil. Eyni anda bir çox işi yerinə yetirməyə çalışmayın. 

Əgər layihə sizin üçün prioritet deyilsə, onu tamamlaya bilməyəcəksiniz. 

Layihələrin strukturlaşdırılması 

Real layihələrin strukturu çox vaxt konkret situasiyadan asılı olur. Etdiyiniz seçim sizin motivasiya və nəticələrə təsir göstərə bilər. 

Əgər düzgün seçim etsəniz, əvvəllər tənbəl və həvəssiz biri olsanız belə möhtəşəm işlər görə bilərsiniz. Seçim yanlış olduqda isə ən istedadlı insan belə heç bir irəliləyişə nail ola bilmir.