10 C
Baku
Saturday, March 2, 2024

Mərakeş Əlcəzairlə münasibətlərini normallaşdırmaq istəyir

Mərakeş kralı taxta çıxmasının 23-cü ildönümü münasibəti ilə çıxış edərək, “Tarixi və bəşəri bağlarla bağlı və ortaq gələcəyi olan iki qardaş xalq arasında Mərakeş və Əlcəzairin əl-ələ verərək işləməsini istəyirik” deyib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əlcəzair-Mərakeş münasibətləri ilə bağlı deyilənlərin məntiqli olmadığını və ürəkağrıdıcı olduğunu bildirən VI Məhəmməd bu vəziyyətdən çıxmaq əzmində olduqlarını, iki xalq arasında anlaşma, ünsiyyət və yaxınlaşmanı gücləndirmək istədiklərini vurğulayıb.

Mərakeş kralı VI Məhəmməd çıxışında bunları əlavə edib: “Qardaş Əlcəzair və Mərakeş xalqlarını ayıran sərhədlər anlaşma və ünsiyyət mühitinə əbədi qapalı qalmayacaq. Əlcəzairi və əlcəzairliləri təhqir edən mərakeşlilərin ittiham xarakterli iddialarına gəlincə, bunu məsuliyyətsizcəsinə edənlər iki qardaş xalq arasında fitnə alovunu yandırmaq istəyirlər”.

Mərakeş kralı öz vətəndaşlarını əlcəzairli qardaş və bacıları ilə mehriban qonşuluq, həmrəylik və qardaşlıq dəyərlərinə malik ünsiyyət saxlamağa çağırıb və deyib: “Əlcəzairli qardaş və bacılarımızı əmin edirik ki, Mərakeş və mərakeşliləri həmişə sizin yanınızdadır”.

Qeyd edək ki, Mərakeş kralı VI Məhəmməd 1999-cu il iyulun 30-da atası II Həsəndən sonra  taxta çıxıb.

Son xəbərlər
Digər xəbərlər