25 C
Baku
Sunday, July 21, 2024

Mərakeşlilərin 62 faizi yemək çatışmazlığından əziyyət çəkir

Mərakeş MENA regionunda (əhalisinin ümumi sayı 355 milyon nəfər olan Məğrib və Yaxın Şərq ölkələri) ərzaq təhlükəsizliyinin olmamasından ən çox əziyyət çəkən ölkələrdən biridir.

“Arab Barometer” (Yaxın Şərq və Şimali Afrika əhalisinin üstünlük verdiyi siyasi dəyərlər barədə məlumatlar təqdim edən “Ərəb Barometri” tədqiqat şəbəkəsi) son məruzəsinə görə, Mərakeş sakinlərinin 62 faizi yemək çatışmazlığından əziyyət çəkir.

“Yaxın Şərqdə və Şimali Afrikada ərzaq təhlükəsizliyinin olmaması” adlı məruzədə qeyd edilir ki, 2000-ci illərin əvvəlində aclığın azaldılması sahəsində əldə edilmiş irəliləyişə baxmayaraq, bu gün regionda qida çatışmazlığından əziyyət çəkən əhalinin nisbi sayı 10 il bundan əvvəl olduğu kimi 13.2 faizə bərabərdir.

Ərzaq çatışmazlığının ən yüksək səviyyəsi Mavritaniyada qeydə alınıb (74 faiz), sonrakı yerləri Sudan, Misir və Liviya (67 faiz), Livan (63 faiz), Mərakeş (62 faiz), İraq (60 faiz), Tunis (57 faiz), İordaniya (53 faiz) və Fələstin (38 faiz) tutur.

Mərakeş Krallığı ərzaq təhlükəsizliyi siyasətinin tərəfdarıdır. 2020-2030-cu illər üçün nəzərdə tutulan “Yaşıl nəsil” strategiyası kənd yerlərində insan potensialının inkişafına, həmçinin 2030-cu ilə qədər ümumi daxili məhsulun tərkibində bu sahənin payını ikiqat artırmaq və mənfəəti təqribən 25 milyard dollara çatdırmaq məqsədilə kənd təsərrüfatı sektorlarının səylərini birləşdirməyə yönəlib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər