5 C
Baku
Saturday, December 14, 2024

Mərkəz Bank daha bir sığorta şirkətinin fəaliyyətinə icazə verdi

Azərbaycan Mərkəzi Bankı daha bir həyat sığorta şirkətinə lisenziya verib.

Banker.az AMB-yə istinadən bunu xəbər verir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 51.4-cü maddəsinə əsasən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə 5 il müddətinə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən 19 fevral 2021-ci il tarixli, SF-0003 nömrəli müvafiq lisenziya verilmişdir.

Nizamnamə kapitalı 11 milyon manat olan “Meqa Həyat Sığorta”nın təsisçisi 100% “Meqa Sığorta”dır. Hər iki şirkət eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər