34 C
Baku
Friday, July 12, 2024

Mərkəz filialı üzrə “Müştəri xidmətləri təmsilçisi”

İşin təsviri:

Müştəri xidmətləri təmsilçisi öz gülərüzlülüyü və xoş rəftarı ilə müştərilərdə bank haqqında ilkin təəssüratı yaradır, onların bütün müraciətlərini səbirli və peşəkar bir şəkildə qarşılayır. Yüksək səviyyəli xidmət standartlarının və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə tələb olunan tədbirləri həyata keçirir, bununla da bank və müştəri arasında ünsiyyət və körpü rolunu oynayır. Öz təbəssümünüz ilə bankımızın “siması” olmağa hazırsınızsa, bizə müraciət edin!

Vəzifə öhdəlikləri:

  • Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
  • Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;
  • Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
  • Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;
  • Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin olunmasının təmin edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali və ya orta ixtisas təhsilinin olması;
  • Yüksək ünsiyyət qabiliyyətinin olması;
  • Gülərüz, səbirli və mehriban olması;
  • Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi üstünlükdür);
  • Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
  • Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
  • Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
  • Xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər 16 oktyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – Mərkəz şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.