18 C
Baku
Tuesday, April 23, 2024

Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu daşımalarını artırmaq istəyirlər

CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə) beynəlxalq multimodal nəqliyyat və tranzit marşrutunun iştirakçısı olan dövlətlərin dəmir yolu idarələrinin rəhbərləri Aşqabadda yükdaşımaların artırılması məsələlərini müzakirə ediblər.

Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

İclasda Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın müvafiq nazirliklərinin, aidiyyəti qurumlarının, eləcə də logistika sahəsi ilə məşğul olan şirkət və müəssisələrin nümayəndə heyətləri iştirak ediblər.

Qeyd olunub ki, marşrutun iki dəniz və bir çox ölkələrin ərazisindən keçməsi bu dəhlizin imkanlarından səmərəli istifadə etməyə imkan verir. Marşrut istismara verildiyi 2019-cu ildən indiyədək 30 minə yaxın konteyner daşınıb.

Tədbir iştirakçıları bildiriblər ki, məqsəd cari ildə konteyner daşımalarının həcmini 30 min konteynerə çatdırmaqdır. Onların fikrincə, bu, həm də “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşımaların aktivləşməsinə və malların çeşidinin genişlənməsinə töhfə verəcək.

CASCA+ marşrutu 2019-cu ildə Daşkənddə bu ölkələrin dövlət dəmir yolları rəhbərlərinin görüşündə yaradılıb. Türkiyə layihəyə 2021-ci ilin dekabrında qoşulub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər