Mərkəzi Asiya ölkələrinin aviaşirkətlərinin rəhbərləri gələn il Bakıya toplaşacaqlar

Mərkəzi Asiya ölkələrinin aviaşirkətlərinin rəhbərləri gələn il Bakıya toplaşacaqlar.

2021-ci ildə Azərbaycanın paytaxtında Mərkəzi Asiya aviaşirkətlərinin rəhbərlərinin üçüncü “dəyirmi masa”sı keçiriləcək. Bu barədə qərar yanvarın 22-də Almatıda keçirilən sayca ikinci belə yüksək səviyyəli tədbirdə qəbul edilib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

“Azərbaycan Hava Yolları”nı Almatıda keçirilən “dəyirmi masa”da AZAL-ın vitse-prezidenti Eldar Hacıyev təmsil edir.

Aviasiyanın iqtisadi perspektivləri, Avropa İttifaqının (Aİ) rabitə sahəsində strategiyası, aviasiya yanacağı təchizatı sahəsində texnologiyalar və sair tədbirin əsas mövzuları sırasında idi.

Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) nın aparıcı mütəxəssisləri, həmçinin Aİ-nin nümayəndə heyəti iştirak edib.

©Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları