27 C
Baku
Thursday, July 25, 2024

Mərkəzi Asiya ölkələrinin bir hissəsi Rusiyaya qarşı sanksiyalara qoşula bilər

Bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında deyib.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər. Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, – deyə nazir müavini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər