30 C
Baku
Thursday, June 30, 2022

Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatı yaradıla bilər

“Qırğızıstan “5+3” (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkəsi) əməkdaşlıq formatının yaradılmasını təklif edib”.

Bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu format çərçivəsində Qırğızıstan diplomatik, siyasi, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq təklif edir.

 

“Azərbaycan-Qırğızıstan Birgə İnkişaf Fondunun yaradılmasını da təklif etmişik. Yanvar-fevral ayında Azərbaycan nümayəndə heyəti İnkişaf Fondu ilə bağlı birgə layihələri razılaşdırmaq üçün Bişkekə səfər edəcək”.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər