28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank: 17 bankı hərracdakı tələbi 280 mln.-a çatıb

28 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50200396S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-ya istinadən xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 98.6193 AZN (6%) və 99.2129 AZN (3.4%) olan 19 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 279,763,800.00 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.2129 AZN (3.4%), orta ölçülmüş qiyməti isə 99.2129 AZN (3.4%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 22.04.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər