7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Mərkəzi Bank 2022-ci ilin ilk hərracında ilk siqnalını verir – Dollar/manat məzənnəsi…

2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcək.

Banker.az-a bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.

AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilmişdi ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir.

Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.

Requlyator əlavə etmişdi ki, qəbul edilmiş makroiqtisadi çərçivə və tədiyə balansının profisitinin dəstəklədiyi əsas lövbər manatın məzənnəsinin dayanıqlığı cari ildə inflyasiya idxalını əhəmiyyətli dərəcədə neytrallaşdırıb.

06 yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilmişdir. Hərracda tələb 114.1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşmışdır. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmamışdır. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Onu da qeyd edək ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələmiş, ümumilikdə valyuta bazarı tarazlı olmuş, milli valyutanın məzənnəsinin dayanıqlığı təmin edilmişdir.

Son xəbərlər
Oxşar xəbərlər