14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Mərkəzi Bank $51 milyonluq sərmayə yatırılan zavodu cərimələdi

faizlere

Sumqayıtda, əlvan metallar və ferroərintilər istehsalı məqsədi ilə təsis edilmiş “Baku Non Ferrous and Foundry Company” MMC  (BNFFC zavod) xariclə valyuta əməliyyatlarına görə cərimələnib.

Banker.az saytının xəbərinə görə, bununla bağlı (İXM: 430.4) hazırda səlahiyyət sahibi olan Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin əvvəlində cərimə protokolu tərtib edib. Yasamal Rayon Məhkəməsində verilən qərara görə, 57 443 dolların 20%-i yəni 11 488 dollarlıq  (hazırkı məzənnə ilə 19 530 manat) cərimə olunacaq.

Lakin, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan bu şirkət, haqqında tərtib edilən cərimə ilə razılaşmayaraq  Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Şikayətə orda baxılacaq.

xammal bunkeri
Xammal bunkeri

İXM-nin bu maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə tərtib edilir.

Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20-dən otuz faizinədək məbləğdə cərimə edilir.

Hazırda bu maddə üzrə cərimə tərtib etmə hüququ Azərbaycan Mərkəzi Bankına ötürülüb.

BNFFC şirkət 2015-ci ildə 20 manat nizamnamə kapitalı ilə təsis edilib, Şirkətin qanuni təmsilçisi və ya direktoru Məmmədhənifə Hənifə-zadədir.

Müəssisədə 160-a yaxın işçi işləyir. Müəssisədə Ferrosilisium (FeSi), Ferrosilikomanqan (FeSiMn) və Ferromanqan (FeMn) kimi ferroərintilər istehsal olunur.

Müəssisənin tikintisinə 51 mln ABŞ dolları investisiya yatırılmışdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər