26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank 8 investordan 60 mln. manat pul cəlb edib

7 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər biri 30 milyon manat həcmində 28 günlük (AZ2045024703 ) və 84 gün tədavül müddətli notlarının (AZ2046024702) və  yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə Banker.az-a BFB-dən bildirilir.

28 günlük. Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 99.6360 (4.7%) manat və 99.7380 (3.38%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,514,600 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6589 (4.4%) manat, orta ölçülmüş qiyməti isə 99.7066 (3.78%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 04.01.2023-cü ildir.

84 günlük. Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 98.8469 (5%) manat və 99.1030 (3.88%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38,034,700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.8702 (4.9%) manat, orta ölçülmüş qiyməti isə 98.9585 (4.51%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 01.03.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər