25 C
Baku
Thursday, July 10, 2025

Mərkəzi Bank 9 ildir ona verdiyi sığorta lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı 9 ildir sığprta agentinə vermiş lisenziyanı ləğv edib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 avqust 2021-ci il tarixli qərarı ilə Həşimov Vasif Atamalı oğluna sığorta agenti fəaliyyətinə verilmiş 08 may 2012-ci il tarixli, 000654 nömrəli lisenziya ləğv edilmişdir” deyə məlumatda qeyd edilir.


Sığorta Agenti – Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.

Misal: Şəxs öz avtomobilini sığortalamaq istəyir. Sığortaçının nümayəndəsi onunla görüşür, sığorta şərtlərini ona izah edir, sığortaçının adından onunla danışıqlar aparır və əgər sığortaçı ona belə bir səlahiyyət veribsə, sığortaçının adından sığorta müqaviləsini imzalayır. Bütün bu fəaliyyət sığorta nəzarəti orqanının (Azərbaycan Respublikasında bu orqan Maliyyə Nazirliyidir) verdiyi lisenziya əsasında həyata keçirilir.  Sığorta nəzarəti orqanından lisenziya almış, sığortaçı ilə agent xidməti üzrə müqavilə bağlamış, həmin müqavilə əsasında sığortaçının adından öz risklərini sığorta etdirmək istəyən şəxslə danışıqlar aparmış, sığorta şərtlərini ona izah etmiş və sığortaçının adından sığorta müqaviləsini bağlamış həmin bu nümayəndə sığorta agentidir.

Son xəbərlər
Digər xəbərlər