31 C
Baku
Friday, July 12, 2024

Mərkəzi Bank Aktuari İnkişaf Proqramına başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başlayıb.

Banker.az AMB-yə istinadən xəbər verir ki, proqram Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin dəstəyi ilə icra olunur, 15 ay davam edəcək. Onun iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılıb.

Dekabrın 19-da AMB-də Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfərlə görüş keçirilib. Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilib, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilib. Bildirilib ki, proqramı uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin ediləcək.

“AMB sığorta sektorunun davamlı və dayanıqlı inkişafı məqsədilə geniş miqyaslı strateji fəaliyyətini davam etdirir. Bu istiqamətdə intensiv formada həyata keçirilən layihələrdən biri də sığortaçılarda kadr potensialının genişləndirilməsi layihəsidir. Sığorta şirkətlərinin əməkdaşlarının, həmçinin sektorda fəaliyyət göstərmək istəyən şəxslərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edən bu layihə çərçivəsində sığorta sahəsində müxtəlif peşə kateqoriyaları üzrə beynəlxalq səviyyədə təlim proqramları təşkil edilməkdədir. Sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində əhəmiyyətli rola malik aktuar sahəsinin inkişafı AMB-nin prioritetləri arasındadır”, – deyə qurum bəyan edib.

Son xəbərlər
Digər xəbərlər