11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Mərkəzi Bank “AtaSığorta”nı seçdi

Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan “AtaSığorta” ASC daha bir tenderin qalibi olub.

Azərbaycan Respubikasının Mərkəzi Bankı tərəfindən əməkdaşların tibbi sığortalanması məqsədilə keçirilən könüllü tibbi sığorta xidmətlərinin satın alınmasına dair tenderin qalibi AtaSığorta şirkəti seçilib və şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər
X