10 C
Baku
Tuesday, November 29, 2022

Mərkəzi Bank Azərbaycanın ixrac və idxal ilə məşğul olan şirkətini cərimələyir

Azərbaycan Mərkəzi Bankı “Lua İmex” MMC barəsində məhkəməyə müraciət edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Mərkəzi Bank “Lua İmex” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Abşeron Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Onu da qeyd edək ki, “Lua IMEX” MMC məhsulların ixracı və idxalı ilə məşğul olan Azərbaycan istehsalçı, ixracatçı, idxalçı və qlobal şirkətidir.

Son xəbərlər
Digər xəbərlər
X